Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkəsilli futbolçu Almaniya millisinin kapitanı olub
Futbol üzrə Almaniya millisinin yeni kapitanı bəlli olub.
Bunu komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında açıqlayıb.
Mütəxəssis İspaniya “Barselona”sında çıxış edən İlkay Gündoğanın kapitan olacağını bildirib.
“Bavariya”dan Jozua Kimmix isə vitse-kapitan təyin edilib. Flik seçimdən razı qaldığını söyləyib və bu qərarın onlara əlavə enerji verəcəyini vurğulayıb.
Almaniya millisinin sabiq kapitanı Manuel Noyer zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
Qeyd edək ki, İlkay Gündoğan yayda İngiltərə “Mançester Siti”sindən Kataloniya klubuna keçib. Türkəsilli oyunçunun sözləşməsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Mənbə: Football24.ru
"Almaniya" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Almaniya: Kasıb gəncləri olan varlı ölkə
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- Almaniyalı diplomat İslamabadda ölü tapıldı
Rəylər