Fiziki məhdudiyyətli futbolçulardan ibarət Türkiyə yığması Avropa çempionatında qalib olub.
Oxu.Az Offside.com.az-a istinadən xəbər verir ki, Vodafon Parkda keçirilən final qarşılaşmasında türklər İngiltərəni 2-1 hesabı ilə məğlub etməyi bacarıblar.
Türkiyənin heyətində qələbə qolunu bir ayağını Şırnakda minaya düşərək itirən Osman Çakmak vurub.
Türkiyə Avropa çempionu oldu – VİDEO
C.İ.