AVRO-2020-də İtaliya millisinin futbolçusu Leonardo Spinatsola Türkiyə ilə matçın ulduzu seçilib.
Oxu.Az xəbər verir ki, “Roma”nın yarımmüdafiəçisi 66-cı dəqiqədə məhsuldar ötürməyə imza atıb.
Onun ötürməsindən sonra Çiro İmmobile hesabı 2:0 edib.
:640.jpg)
Qeyd edək ki, Türkiyə millisi Avropa çempionatının açılış matçında dördqat dünya çempionu İtaliyaya 0:3 hesabı ilə uduzub.
Səbuhi Musayev