Türkiyənin “Ümraniyespor” klubuna keçən Coşqun Diniyevin qonşu ölkədəki qazancı bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, I Liqa təmsilçisində ilinə 150 min dollar əldə edəcək.
Qeyd edək ki, 38 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “Ümraniyespor”la müqavilə imzalayacaq.
Xatırladaq ki, Coşqun Diniyevin son klubu “Səbail” olub. O, bir neçə gün əvvəl paytaxt təmsilçisi ilə müqavilə imzalayıb. Ancaq Türkiyədən sərfəli təklif təcrübəli yarımmüdafiəçinin fikrini dəyişməsinə səbəb olub.
Faiq Tahirov