Türkiyə Superliqası komandalarından “Fatih Karagümrük” Andrea Pirlodan sonra boş qalan baş məşqçi postu üçün axtarışlarını davam etdirir.
İstanbul komandasının adı İtaliya futbolunun əfsanəvi isimlərindən biri Fabio Kannavaro ilə hallanır.
Məlumata görə, Kannavaro komanda rəhbərliyi ilə görüşmək üçün İstanbula gəlib.
49 yaşlı məşqçi daha əvvəl “Quançjou Everqrande”, “Ən-Nəsr”, “TJ Quanjian”, “Benevento” kimi komandalarda çalışıb. Kannavaro son iş yeri olan İtaliya B Seriyasının “Benevento” komandasında 17 oyuna 3 qələbə, 7 heç-heçə və 7 məğlubiyyətlə üzləşib.
Mənbə: Haber Global