Türkiyə Super Liqasında çıxış edən “Alanyaspor” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəzaya uğrayıb.
Haber7.com xəbər verir ki, hadisə Super Liqa çərçivəsində “Kayserispor” klubu ilə oyundan qayıdan zaman baş verib.
Hadisə zamanı “Alanyaspor”un yeddi futbolçusu – ingilis Stiven Koker, anqolalı Calma, braziliyalılar Bayano, Velinton, seneqallı Papis Sise, qanalı İsaak Seki və çexiyalı Yosef Şural ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yosef Şural xəstəxanaya çatdırılarkən yolda keçinib. Digər futbolçuların xəstəxanada müalicəsini davam etdirdiyi bildirilir.

Antalya-Alanya magistralında baş verən qəzaya sürücünün yuxulamasının səbəb olduğu açıqlanıb. Sürücü həbs olunub.
Qeyd edək ki, “Kayserispor” – “Alanyaspor” qarşılaşması 1:1 hesabı ilə başa çatıb.