Türkiyə Kubokunda 5-ci mərhələnin oyunları keçirilir.
Hazırda ölkə Super Liqasına başçılıq edən “Fənərbağça” 1-ci Liqa komandası “Adanaspor”u qonaq edib.
“Ülker” stadionunda baş tutan qarşılaşmada əsasən ikinci heyətlə çıxış edən ev sahibləri aşağı liqa təmsilçisinin qapısından 6 cavabsız qol keçiriblər. Matçda Linkoln (28), Batşuayi (39, 50, 68, 71), Hakan (81) fərqləniblər.
Oyun Batşuayinin pokerilə yanaşı, Bonuççinin ilk dəfə start heyətində yer alması ilə də əlamətdar olub.