Türkiyə Kubokunun yarımfinal görüşündə “Beşiktaş” “Ankaragücü”nü qəbul edəcək.
Oxu.Az xəbər verir ki, bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən “Beşiktaş” doğma meydanda “Ankaragücü”nü yolundan kənarlaşdırmağa çalışacaq.
İlk görüşdə 0:0 hesablı heç-heçəyə razılaşan komandalar bu gecə meydana qələbə əzmi ilə çıxacaqlar.
Qeyd edək ki, 21:30-da başlanacaq görüşü Zorbay Küçük idarə edəcək.
07 may
21:30. “Beşiktaş” - “Ankaragücü”
Stadion: “Tüpraş stadionu” (İstanbul)
Baş hakim: Zorbay Küçük
Rəylər