Futbol üzrə Türkiyə millisinin və “Fənərbağça” klubunun qapıçısı Altay Bayındır karyerasını İngiltərənin “Mançester Yunayted” klubunda davam etdirəcək.
Qeyd olunur ki, 25 yaşlı “əlcək sahibi” Yunanıstanda tibbi yoxlanışdan keçəndən sonra İngiltərəyə yola düşəcək.
Türkiyə mətbuatı yazır ki, “Qırmızı şeytanlar” Altay Bayındırı heyətinə qatmaq üçün yeddi milyon avro xərcləyiblər.
Məlumat üçün əlavə edək ki, “Fənərbağça” Altay Bayındırı 2019-cu ilin yayında “Ankaragücü”dən transfer etmişdi.

Mənbə: CNN Turk