Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyə Super Liqası: “Qalatasaray” autsayderdən üç xal alaraq lider “Fənərbağça”ya çatdı - VİDEO
Türkiyə Super Liqasının 22-ci turunda son çempion “Qalatasaray” autsayder “İstanbulspor”u qəbul edib.
Görüşdə hesabı qonaqlar açsa da, sonda sevinən tərəf ev sahibləri olublar.
28-ci dəqiqədə Sambissa oyundakı ilk qolun müəllifi olmaqla “İstanbulspor”u önə keçirib. Lakin 36-cı dəqiqədə penaltidən fərqlənən Aktüroğlu, 79-cu dəqiqədə “cim-bom”u hesabda irəli çıxaran qola imza atıb. 89-cu dəqiqədə “İstanbulspor” azlıqda qalıb. Bundan yararlanan “Qalatasaray” isə fərqi artırıb. İkardi penaltini dəqiq yerinə yetirərək oyunda yekun hesabı müəyyən edib - 3:1.
Hazırda “aslanlar” 57 xalla turnur cədvəlində lider “Fənərbağça”dan sonra ikinci pillədədirlər. Rəqibləri yalnız topların nisbəti ayırır. “İstanbulspor” isə cəmi 10 xalla sonuncu - 20-ci yerdədir.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- "Fənərbağça" - "Qalatasaray" matçında baş verən hadisələrin cəzaları açıqlandı
- Serdar Aziz futbolçu karyerasını başa vurmaq qərarına gəldi
- Dris Mertens "Mançester Siti"nin ulduzunu "Qalatasaray"a gətirmək istəyir
- Mauro İkardinin yaşıl meydanlara qayıdacağı tarix bəlli olub
- Ali Koçu ələ salan azarkeş bir il müddətinə stadionlardan uzaqlaşdırıldı