Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Beşiktaş" "Qalatasaray"ı darmadağın edərək Superkubokun qalibi oldu
Türkiyə Superkuboku uğrunda matçda Superliqanın qalibi "Qalatasaray"la ölkə kubokunu qazanan "Beşiktaş" üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutan qarşılaşmanın ilk dəqiqəsində "qara qartallar"ın yeni transferi İmmobile hesabı açıb.
Bununla da o, "Qalatasaray"lı İkardinin rekordunu üstələyib. İtaliyalı futbolçu "Beşiktaş"la çıxdığı ilk rəsmi oyununda fərqlənməklə Türkiyə Süperkuboku tarixinin ən erkən qolunun müəllifi olub.
53-cü dəqiqədə Svenson fərqi artırıb. 81-ci dəqiqədə İmmobile penaltini dəqiq yerinə yetirərək dubla imza atıb. 87-ci dəqiqədə "cim-bom" azlıqda qalıb. 90+1-ci dəqiqədə Silva "Beşiktaş"ın dördüncü qolunu vurub. Bir dəqiqə sonra isə Hekimoğlu fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib - 0:5.
"Qalatasaray" teqi üzrə xəbərlər
- İlkay Gündoğan "Qalatasaray" rəsmilərinin görüş təklifini qəbul etdi
- "Qalatasaray" prezidenti oyunçulara 15 milyonluq bonus verəcək
- Hakim Ziyeş karyerasını İtaliya nəhəngində davam etdirə bilər
- "Qalatasaray" İlkay Gündoğan üçün ilk rəsmi təklifini göndərib
- Superliqa nəhəngləri "ulduz ovunda": Türkiyə klubları transfer pəncərəsində hansı həmlələri edəcək?
Rəylər