Türkiyə Superliqasında 37-ci tur çərçivəsində "Beşiktaş" "Rizespor"u qəbul edib.
Oxu.Az xəbər verir ki, ilk üçlükdə qalmağı hədəfləyən meydan sahibləri növbəti mövsüm yüksək liqada iştirakı təmin edən qonaqlarla bacarmayıblar.
Matçda əsas hadisələr ikinci hissədə yaşanıb. Qonaqların 2 qoluna meydan sahibləri yalnız 1 dəqiq zərbə ilə cavab veriblər - 1:2.
Bu nəticədən sonra "Beşiktaş" 59 xalla 4-cü pillədə qərarlaşıb. "Qartallar" 3-cü pillədəki "Samsunspor"dan 4 xal geri qalırlar. Rize təmsilçisi isə aktivindəki 46 xalla turnir cədvəlində 11-cidir.