Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyə Superliqası: "Beşiktaş" üç xalı üç qolla qazandı
Türkiyə Superliqasının 7-ci turunda liderlər qrupunda yer alan "Beşiktaş" Kayseridə yerli komandanın qonağı olub.
Oxu.Az xəbər verir ki, oyunda əsas hadisələr ikinci hissədə cərəyan edib.
Matçın 56-cı dəqiqəsində Fernandes hesabı açaraq "qara qartallar"ı önə çıxarıb. 78-ci dəqiqədə İmmobile penaltini dəqiq yerinə yetirərək fərqi artırıb. 90+1-ci dəqiqədə isə italiyalı dubla imza ataraq yekun hesabı müəyyənləşdirib - 0:3.
Qeyd edək ki, bu nəticədən sonra İstanbul klubu 6 oyundan 16 xal toplayaraq ilk üçlüyü qapayır. "Kayserispor" isə cəmi 3 xalla autsayderlər qrupunda - 17-ci pillədə yer alır.
"Beşiktaş" teqi üzrə xəbərlər
- "Beşiktaş" klubunun yeni prezidenti seçildi
- "Beşiktaş" baş məşqçi postuna sabiq çalışdırıcını gətirmək niyyətindədir
- İki ildir yaşıl meydanlardan uzaq qalan futbolçu İtaliya klubunda məşqlərə başlayıb
- Türkiyə Superliqası: "Beşiktaş" "Alanyaspor"la xalları yarı böldü
- Avropada həftəsonu keçiriləcək futbol görüşlərinin AFİŞASI
Rəylər