Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyə Superliqası: "Qalatasaray" - "Trabzonspor" matçında 7 qol vuruldu
Türkiyə Superliqasının 16-cı turunun mərkəzi qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, çempion "Qalatasaray" doğma azarkeşləri önündə "Trabzonspor"u qəbul edib.
Qarşılıqlı qollarla yadda qalan matçda qalib son anda müəyyənləşib. Meydan sahiblərinin 90+8-ci dəqiqədəki qolu onlara qələbə qazandırıb - 4:3.
Bu nəticədən sonra "cim-bom" turnir cədvəlindəki liderliyini qoruyur. 41 xala malik İstanbul təmsilçisi ən yaxın izləyicisi "Fənərbağça"nı 6 xal qabaqlayır. "Trabzonspor" isə 16 xalla 15-ci pillədə qərarlaşıb.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Mauro İkardi yenə öz ampluasında - "Fənərbağça"nı hədəf aldı
- "Qalatasaray" - "Fənərbağça" derbisi, yoxsa sıradan görüş?
- Viktor Osimhen iki həftə yaşıl meydanlardan uzaq qala bilər
- "Trabzonspor"dan "Qalatasaray" və "Fənərbağça" ilə matçlar üçün əcnəbi hakim TƏLƏBİ
- Acun Ilıcalı: "Qalatasaray" rəsmiləri ağlamağa başladılar"
Ən çox oxunanlar