Türkiyə çempionatının 28-ci turunda baş tutan “Rizəspor” – “Başakşəhər” matçından sonra insident yaşanıb.
Oxu.Az xəbər verir ki, 3:3 bitən qarşılaşmanın ardından qonaq komandanın futbolçuları və bəzi işçiləri reportaj hazırlayan televiziya kanalının operatoruna və müxbirinə hücum çəkib.
İnsident nəticəsində müxtəlif xəsarətlər alan televiziya əməkdaşları polisə şikayət edib.
A.M.