Noyabrın 5-dən 8-dək Türkiyənin Alanya şəhərində beynəlxalq futvolley turniri keçiriləcək.
Oxu.Az-a verilən xəbərə görə, “Qarabağ zəfəri kuboku” adı altında keçirilən yarış II Qarabağ müharibəsində qazanılan qələbəyə həsr olunub.
Turnirdə Azərbaycanla yanaşı, Braziliya, Almaniya, Ukrayna, Avstriya, Türkiyə, Rusiya, İsrail, Fransa və Niderland futvoleyçilər də mükafatlar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, turnir “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyinin və Azərbaycan FutNet Federasiyasının təşəbbüsü, Dünya Futvoley Federasiyasının razılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək.