Türkiyənin “Bursaspor” klubunun yeni stadionuna “Azərbaycan Arena” adı verilə bilər.
Oxu.Az Sporx-a istinadən xəbər verir ki, bu barədə klubun prezidentliyinə namizəd olan Timur Noyan bildirib.
Onun sözlərinə görə, o, hələ mayda Azərbaycanda danışıqlar aparıb. Azərbaycan tərəfinin artıracağını vəd etdiyi konkret məbləğ müzakirə edilib.
Yeni stadion dekabrın 21-də açılıb. Yeni arena 45 min tamaşaçı üçün nəzərdə tutulub.
“Bursaspor” Türkiyənin Super-liqasında çıxış edir. Komanda bu çempionatda 14-cü yeri tutur.
F.H.
www.oxu.az