Zəlzələ nəticəsində dağıntılar altında qalan Türkiyə I Liqa təmsilçisi "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.
Bu barədə komandanın baş məşqçisi Yılmaz Vural "Show TV"yə açıqlama verib.
O, 29 yaşlı qolkiperin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.
Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 3 703 nəfər ölüb, 22 286 nəfər yaralanıb.
19:26
Türkiyənin Birinci Liqa təmsilçisi “Yeni Malatyaspor” komandasının qapıçısı Ahmet Türkaslanın xanımı ictimaiyyətə müraciət edib.
O, həyat yoldaşının zəlzələdən sonra dağıntılar altında qaldığını və hələ də tapılmadığı deyib.
Qadın sosial mediada paylaşım edib və ağlayaraq yardım istəyib.