Fransalı futbolçu Tyeri Anri öz karyerasını bitirib “Sky sport” telekanalının jurnalisti oldu.
Oxu.Az “Sky sport”-a istinadən xəbər verir ki, Anri 2015-ci ildən etibarən Britaniya kanalında işləyəcək.
37 yaşlı hücumçunun son oynadığı klub Amerikanın “New York Red Bulls” komandası olub. Dekabrın əvvəlləri o futboldan gedəcəyini bəyan edib.
Qeyd edək ki, Tyeri Anri Fransa yığmasında 1998-ci və 2000-ci ildə dünya çempionatının qalibi olub. Futbolçunun daha bir nailiyyəti 1997-2007-ci illər arasında “Arsenal” komandasında 228 qol vurması olub.
Elvin Əhmədov
www.oxu.az