Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Sabah” – “Neftçi” matçı qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah”ın ispaniyalı cinah hücumçusu Xuan Kamara 41-ci dəqiqədə hesabı açıb. Lakin “Neftçi” 61-ci dəqiqədə Emin Mahmudovla, 62 və 68-ci dəqiqələrdə Ramon Maşado ilə önə keçib.
“Neftçi”nin yarımfinaldakı rəqibi sabah keçiriləcək “Səbail” – “Zirə” matçının qalibi olacaq.
10:42
Bu gün futbol üzrə Azərbaycan Kubokunda daha bir matç baş tutacaq.
Oxu.Az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Sabah” “Neftçi”ni qəbul edəcək.
İlk qarşılaşmada qollu heç-heçə edən Bakı klubları növbəti mərhələyə vəsiqə üçün mübarizə aparacaq. Qış fasiləsindən sonra qələbə həsrətində olan “Neftçi” bu il uduzmayan rəqibini dayandırmağa çalışacaq.
Azərbaycan kuboku
1/4 final, cavab oyunu
12 fevral
16:00 “Sabah” – “Neftçi”
Baş hakim: Rəvan Həmzəzadə
“Bank Respublika Arena”
İlk oyun – 1:1
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq. “Qəbələ” – “Sumqayıt” və “Səbail” – “Zirə” matçlarından sonra son iki yarımfinalçı da müəyyənləşəcək.