Rusiyalı idmançılar Anna Pavlova, Konstantin Plujnikov və Yuliya İnşina idman gimnastikası üzrə Azərbaycan yığmasında iştirak edəcəklər.
Oxu.Az newsru.com-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyasındakı rəsmi mənbə bildirib.
Plujnikov Dünya kuboku mərhələlərində və Avropa çempionatında qalib gəlib, Pavlova Afina olimpiadasında iki bürünc və Avropa çempionatında daha 6 medal qazanıb. İnyişina 2011-ci il DÇ-nin gümüş mükafatçısıdır.
Rusiyalı idmançıların bu qərarı haqqında heç bir açıqlama verilmir. Gözlənilir ki, atletlərin idman vətəndaşlığının dəyişdirilməsi 2014-cü il 1 may tarixindən qüvvəyə minəcək.