Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UEFA Avropa Liqası: "Qalatasaray"dan qələbə, "Mançester Yunayted" xal itirdi
UEFA Avropa Liqasında ilk turun oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, ilk gündə doqquz qarşılaşma baş tutub.
"Qalatasaray" doğma meydanda PAOK-la üz-üzə gəlib. "Cim-bom" iki top fərqi ilə matçdan qalib ayrılıb - 3:1.
Hesabı aftoqolla yunanların futbolçusu açıb. Sonradan PAOK bərabərlik topunu vursa da, matçın sonlarına yaxın İstanbul klubunun heyətində Akgül və İkardi fərqlənərək qələbəni təmin ediblər.
Daha bir görüşdə "Mançester Yunayted" "Tvente" ilə qarşılaşıb. "Qırmızı şeytanlar" hesabda üstün olsalar da, sonda bir xala razılaşıblar - 1:1.
Digər oyunlar isə aşağıdakı kimi nəticələnib:
"AZ Alkmaar" (Niderland) - "Elfsborq" (İsveç) - 3:2
"Budo-Qlimt" (Norveç) - "Portu" (Portuqaliya) - 3:2
"Dinamo" (Kiyev, Ukrayna) - "Latsio" (İtaliya) - 0:3
"Ludoqorets" (Bolqarıstan) - "Slaviya" (Praqa, Çexiya) - 0:2
"Midtüllann" (Danimarka) - "Hoffenhaym" (Almaniya) - 1:1
"Nitsa" (Fransa) - "Real Sosyedad" (İspaniya) - 1:1
"Anderlext" (Belçika) - "Ferentsvaroş" (Macarıstan) - 2:1
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Türkiyə Superliqası: "Qalatasaray"dan rahat qələbə
- Mauro İkardidən gözlənilməz qərar: "Qalatasaray"dan ayrılır
- "Qalatasaray" UEFA Çempionlar Liqasına vəsiqəni təmin etdi
- Superkompüter Türkiyə Super Liqasının qalibi olacaq komandanın adını açıqladı
- "Qalatasaray" klubu Lukas Torreyra ilə müqavilə müddətini uzatmaq istəyir