Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

UEFA Avropa Liqasında ingilis finalı
UEFA Avropa Liqasında finala yüksələn komandalar bəlli olub.
Oxu.Az xəbər verir ki, "Budyo Qlimt" klubu "Tottenhem"i, "Mançester Yunayted" isə "Atletik Bilbao"nu qəbul edib.
London təmsilçisi 0:2 hesabı ilə (ümumi hesab 1:5) meydan sahiblərindən üstün olub və adını finala yazdırıb.
"Qırmızı şeytanlar" isə 4:1 hesabı ilə (ümumi hesab 7:1) ispanları darmadağın edib və həlledici oyunda mübarizə aparmaq hüququ qazanıb.
Beləliklə də, Avroliqanın builki finalında ingilis dueli olacaq.
Xatırladaq ki, "Budyo Qlimt" ilə "Tottenhem" arasında keçirilən ilk oyun İngiltərə klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Digər İngiltərə təmsilçisi "Mançester Yunayted" isə "Atletik Bilbao"nu səfərdə 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnirin final qarşılaşması mayın 21-də baş tutacaq.
"Mançester Yunayted FK" teqi üzrə xəbərlər
- Erik ten Haq "Bayer Leverkuzen"i çalışdırmağa razılıq verdi
- Ruben Amorim "Mançester Yunayted" rəhbərliyindən dörd futbolçunun göndərilməsini tələb edib
- Andre Onana avrokuboklar tarixində unikal nəticəyə imza atıb
- UEFA "Tottenhem"in ulduzundan üzr istəyib
- UEFA Avropa Liqasının rəmzi komandası bəlli olub