UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - VIII turu çərçivəsində İspaniyada keçirilən "Barselona"- "Atalanta" matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, gərgin keçən görüşdə qalib müəyyən olunmayıb - 2:2.
Bu nəticə ilə "Barselona" xallarının sayını 19-a, "Atalanta" isə 15-ə çatdırıb.
Bundan sonra ispanlar mübarizəni 1/8 final, italyanlar isə pley-off mərhələsində davam etdirəcəklər.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - VIII turu çərçivəsində İspaniyanın "Barselona" klubu İtaliyanın "Atalanta" komandasını qəbul edir.
Bu matç ərəfəsində "Barselona" 18 xalla ikinci yerdə qərarlaşıb və 1/8 final mərhələsinə vəsiqəni təmin edib. "Atalanta" isə hazırda 14 xalla 7-ci yerdədir və 1/8 final mərhələsinə çıxış üçün mübarizə aparır.
Oxu.Az matçı oxuculara təqdim edir: