UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turu çərçivəsində ilk günün matçları başa çatıb.
Oxu.Az xəbər verir ki, günün mərkəzi oyununda "Benfika" Lissabonda "Barselona"nı qəbul edib.
Bolqollu keçən oyunda "Barselona" son dəqiqələrdə vurulan qolla qalib gəlib - 4:5.
"Benfika"nın qollarını Vangelis Pavlidis (3) və Ronald Araujo (avtoqol), "Barselona"nın qollarını Levandovski (2), Rafiya (2) və Qarsiya vurublar.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Barselona" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turunun oyunları start götürüb.
Oxu.Az xəbər verir ki, turun ən nüfuzlu matçlarının birində "Benfika" Lissabonda "Barselona"nı qəbul edir:
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, turun doqquz oyunundan biri Lissabonda baş tutacaq.
Bakı vaxtı ilə 00:00-da keçiriləcək "Benfika" - "Barselona" matçını bu linkdən canlı izləmək mümkün olacaq: