UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Belçikanın "Brügge" komandası evdə İngiltərənin "Aston Villa" klubunu qəbul edib.
Oxu.Az xəbər verir ki, matç qonaqların qələbəsi ilə başa çatıb - 1:3.
Qarşılaşmanın 3-cü dəqiqəsində Beyli "Aston Villa"nı hesabda irəli çıxarıb. 12-ci dəqiqədə De Keyper topu rəqib qapısından keçirərək ev sahiblərini ümidləndirsə də, qonaqlar daha iki dəfə fərqlənərək - 83-cü dəqiqədə Mexele (öz qapısına), 88-ci dəqiqədə Asensio (penalti ilə) - qalib gəliblər.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Belçikanın "Brügge" və İngiltərənin "Aston Villa" klubları qarşılaşırlar.
Oxu.Az xəbər verir ki, Brüggenin Yan Breydel stadionunda keçirilən görüşü portuqaliyalı hakim Joau Pinyeyru idarə edir:
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Belçikanın "Brügge" və İngiltərənin "Aston Villa" klubları üz-üzə gələcəklər.
Bakı vaxtı ilə saat 21:45-də start götürəcək oyunu Oxu.Az portalından canlı olaraq izləyə bilərsiniz.