UEFA Çempionlar Liqasının Liqa mərhələsində beşinci turun ilk oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, turun doqquz qarşılaşması arasında sürpriz nəticə "Mançester Siti" - "Bayer Leverkuzen" görüşündə qeydə alınıb.
Cütlüyün aşkar favoriti İngiltərə təmsilçisi olsa da, qonaqlar matçdan qalib ayrıla biliblər - 0:2.
"Yuventus" isə sürpriz nəticənin qeydə alınmasına imkan verməyib. Spalettinin yetirmələri "Budyo/Qlimt" ilə oyunda hesabda geri düşsələr də, əzmkarlıq nümayiş etdirərək, səfərdə vacib üç xal qazanıblar - 2:3.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Qalatasaray" - "Royal Union" - 0:1;
"Ayaks" - "Benfika" - 0:2;
"Napoli" - "Qarabağ" - 0:2;
"Çelsi" - "Barselona" - 3:0;
"Borussiya Dortmund" - "Vilyarreal" - 4:0;
"Marsel" - "Nyukasl Yunayted" - 2:1;
"Slaviya Praqa" - "Atletik Bilbao" - 0:0.