Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UEFA Çempionlar Liqası: Pley-offdan 1/8 finala çıxan ilk komanda bəlli oldu
UEFA Çempionlar Liqasında 1/8 final uğrunda keçirilən pley-off görüşlərində ilk cavab matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, İtaliyada yerli "Milan" və Niderlandın "Feyenoord" klubları üz-üzə gəlib.
San-Siroda keçirilən cavab oyunu da ilk qarşılaşmada olduğu kimi, "Milan" üçün əlverişsiz nəticə ilə başa çatıb. Niderlandda 1:0 hesabı ilə uduzan "Milan" ikinci hissəni azlıqda keçirməklə bu dəfə doğma azarkeşləri önündə qələbə qazana bilməyib - 1:1.
Bununla da, iki görüşün nəticəsinə əsasən məhz "Feyenoord" pley-offdan 1/8 finala vəsiqə qazanan ilk komanda olub. Rossonerilər isə Çempionlar Liqasında mübarizəni dayandırıblar.
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində İtaliyanın "Milan" və Niderlandın "Feyenoord" klubları üz-üzə gələcəklər.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək oyunu polşalı hakim Şimon Martsinyak idarə edəcək.