Bu gün UEFA Çempionlar Liqasında finala yüksələn növbəti komanda da bəlli olacaq.
Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin gərgin mübarizə vəd edən təkrar görüşündə PSJ klubu "Arsenal"ı qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında ilk görüş PSJ-nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, dünən baş tutan ilk yarımfinalın cavab oyununda "İnter" evdə "Barselona"nı 4:3 hesabı ilə məğlub edib və iki oyunun nəticəsinə görə adını finala yazdırıb. Xatırladaq ki, ilk oyun 3:3 hesabı ilə başa çatmışdı.
7 may
UEFA Çempionlar Liqası
Saat 23:00, PSJ - "Arsenal".