Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

UEFA Çempionlar Liqası: "Qarabağ"ın daha iki mümkün rəqibi müəyyənləşdi
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki mümkün rəqibi bəlli olub.
Oxu.Az xəbər verir ki, "Kayrat" (Qazaxıstan) və "Differdanj"ın (Lüksemburq) püşkatmada hansı səbətdə yer alacaqları dəqiqləşib.
Hər iki komanda səpələnməmişlər sırasında olacaq. Bu səbəbdən də bu klublar Azərbaycan çempionunun mümkün rəqibləri siyahısına daxil olub.
Qurban Qurbanovun yetirmələri səpələnmişlər səbətində qərarlaşıb. 32 klubun qatılacağı I təsnifat mərhələsində təmsilçimizin 16 mümkün rəqibi olacaq.
"Kayrat" və "Differdanj"a qədər "İberiya" (Gürcüstan), "Vikinqur" (Farer adaları), "Şelburn" (İrlandiya) və "Virtus"un (San Marino) da səpələnməmiş səbətində olacağı dəqiqləşib.
İlk təsnifat mərhələsinin püşkatması iyunun 17-də atılacaq.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Yeni mövsümdə UEFA ÇL-in liqa mərhələsində iştirak etmək hüququ qazanan 16-cı komanda bəlli oldu
- UEFA Çempionlar Liqasının Almaniyada keçiriləcək finalında hansı komanda qalib gələ bilər?
- Viktor Osimhenlə bağlı "Qalatasaray" və "Napoli" razılığa gəldilər
- PSJ-dən klub əməkdaşlarına sürpriz
- UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu