Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu
UEFA Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq "Qarabağ"ın 2025/26 mövsümündəki ilk rəqibləri bilinib.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsinə əsasən, Ağdam klubu bu mərhələdə "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq "Qarabağ"ın 2025/26 mövsümündəki ilk rəqibi bu gün müəyyənləşəcək.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi saat 14:00-da start götürəcək.
Bir gün əvvəl isə birinci təsnifat mərhələsinin cütləri bəlli olub.
Püşkatma mərasimi "CBC Sport"da canlı yayımlanacaq.
Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları 8-9 və 15-16 iyulda, ikinci mərhələnin matçları 22-23 və 29-30 iyulda, üçüncü təsnifat mərhələsi 5-6 və 12 avqust, pley-off oyunları isə 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- İrlandiya çempionunun düşərgəsinə yaxınlaşan "Qarabağ" fırtınası
- "Qarabağ"ın "Şelburn"la oyunlarının vaxtı bəlli oldu
- UEFA Çempionlar Liqası: İkinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum oldu
- "Qocaları dirçəltmək", yoxsa "veteranlar liqası"nda taktiki intibah?
- UEFA Çempionlar Liqası: I təsnifat mərhələsinin cavab görüşləri keçirilib