Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, cari pley-off mərhələsinə dörd qarşılaşma ilə son verilir.
İlk oyun günündə "Atalanta" klubu "Borussiya Dortmund"la, "Real Madrid" klubu "Benfika" ilə, "Yuventus" klubu "Qalatasaray" ilə, PSJ klubu isə "Monako" ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
25 fevral
Saat 21:45, "Atalanta" - "Borussiya Dortmund".
26 fevral
Saat 00:00, "Real Madrid" - "Benfika";
Saat 00:00, "Yuventus" - "Qalatasaray";
Saat 00:00, PSJ - "Monako".