Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

UEFA Çempionlar Liqası: Səkkizdəbir finala yüksələcək daha dörd komanda bəlli olacaq
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarına dörd oyunla start veriləcək.
Oxu.Az xəbər verir ki, "Milan" doğma meydanda "Feyenoord"u Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.
"Atalanta" klubu "Brügge" ilə, "Bavariya" klubu "Seltik"lə, "Benfika" isə "Monako" ilə Bakı vaxtı ilə gecəyarısı üz-üzə gələcək.
Qeyd edək ki, səkkizdəbir final mərhələsinə yüksələcək son komandaların adına fevralın 19 və 20-də keçiriləcək görüşlərdən sonra aydınlıq gətiriləcək.
Xatırladaq ki, liqa mərhələsindən sonra "Liverpul", "Arsenal", "Aston Villa" (hamısı İngiltərə), "İnter" (İtaliya), "Barselona", "Atletiko Madrid" (hər ikisi İspaniya), "Bayer Leverkuzen" (Almaniya) və "Lill" (Fransa) birbaşa 1/8 finala vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
18 fevral
Saat 21:45, "Milan" - "Feyenoord" .
19 fevral
Saat 00:00, "Atalanta" - "Brügge";
Saat 00:00, "Bavariya" - "Seltik";
Saat 00:00, "Benfika" - "Monako".
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu
- Çempionlar Liqası: Dortmund "Borussiya"sı 1/8 finalda
- "Qalatasaray" və "Fənərbağça" klubları arasında derbi əcnəbilərə həvalə olundu