UEFA 2027-ci ildən sonra - mövcud media sazişinin müddəti bitdikdən sonra Avropa klub yarışlarının formatında mümkün dəyişikliklər barədə Avropa Superliqasının təmsilçiləri ilə danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın COPE nəşri məlumat yayıb.
Danışıqlar təxminən səkkiz aydır davam edir, lakin yekun razılaşma hələ əldə olunmayıb.
Əsas təklif Çempionlar Liqasının hazırkı formatı ilə Avropa Superliqasının ilkin konsepsiyasının elementlərini birləşdirən hibrid formatı nəzərdə tutur.
Layihəyə əsasən, 36 komanda hər birində 18 klub olmaqla iki qrupa bölünəcək. Birinci qrupa UEFA reytinqində ən yüksək yerlərdə olan komandalar, ikinci qrupa isə digər iştirakçılar daxil olacaq. Hər komanda yalnız öz qrupundakı rəqiblərlə 8 oyun (4 ev və 4 səfər oyunu) keçirəcək.