Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına iki görüşlə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, İctimai TV kanalı PSJ - "Aston Villa" görüşünü canlı yayımlayacaq.
"CBC Sport" TV-də isə "Barselona" - "Borussiya Dortmund" oyununu izləmək mümkün olacaq.
Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyun günündə "Arsenal" klubu "Real Madrid"i (3:0), "İnter" isə "Bavariya"nı (2:1) məğlub edib.
9 aprel
UEFA Çempionlar Liqası
Dörddəbir final mərhələsi
Saat 23:00, PSJ - "Aston Villa" (İctimai TV);
Saat 23:00, "Barselona" - "Borussiya Dortmund" ("CBC Sport" TV).