Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

UEFA Portuqaliya klubunu cərimələyib
UEFA Portuqaliyanın "Benfika" klubunu 28 000 avro məbləğində cərimələyib.
Oxu.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Lissabon təmsilçisinin Fransada "Tuluza" ilə qolsuz heç-heçə etdiyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (0:0) yaşananlar səbəb olub.
Fevralın 22-də baş tutan görüşdə qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər və meydana kənar əşyalar atıblar. "Benfika" buna görə 20 000 avro ödəyəcək.
Klub stadiona ziyan dəydiyi üçün əlavə 8 000 avro verməli olacaq.
Qeyd edək ki, ilk matçda rəqibini 2:1 hesabı ilə üstələyən "Benfika" 1/8 finala yüksəlib. Komanda bu raundun ilk qarşılaşmasında evdə Şotlandiyanın "Reyncers" kollektivi ilə bərabərə qalıb - 2:2.
"Fransa" teqi üzrə xəbərlər
- Makron bəzi ölkələrin baş qərargah rəisləri ilə görüşüb
- Fransadan Ukraynaya 195 milyon avroluq yeni hərbi yardım
- İtaliyanın baş nazirinin müavini Makronu "dəli" adlandırdı
- Ukrayna ilk dəfə döyüşdə Fransanın "Mirage" qırıcı təyyarələrindən istifadə etdi
- BAEA rəhbəri Makronu qınadı: "Bir neçə il əvvəl belə müzakirələr tabu hesab olunardı"