UEFA Rusiya milli komandalarının beynəlxalq turnirlərdə iştirakının dayandırılması müddətini uzadıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirlib ki, Rusiyanın kişilərdən ibarət komandası Millətlər Liqasında iştirak etməyəcək və avtomatik olaraq B Liqasının 2-ci qrupunda sonuncu yeri tutacaq.
Qadınlardan ibarət milli komanda Avro-2022-yə qatılmayacaq və onu Portuqaliya əvəz edəcək. Həmçinin, komanda DÇ-2023-ün qalan oyunlarında da iştirak edə bilməyəcək və onun əvvəlki nəticələri ləğv ediləcək.
Bununla yanaşı, Rusiyanın gənclərdən ibarət yığması Avro-2023-ün seçmə mərhələsində iştirakdan kənarlaşdırılacaq və əvvəlki nəticələri ləğv ediləcək.
UEFA Rusiya klublarının beynəlxalq yarışlarda iştirakına da qadağa qoyub.
Rusiya klubları avrokubok turnirlərindən kənarlaşdırılıb. RPL komandaları 2022/23 mövsümündə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında oynamayacaq.
Həmçinin, yeni mövsümdə Rusiya futzal klubları da UEFA-nın himayəsi altında keçirilən turnirlərdə çıxış etməyəcək.
Avropa futbol qurumu Rusiya Futbol İttifaqının 2028 və 2032-ci illərdə Avropa çempionatının keçirilməsi ilə bağlı müraciətini də qiymətləndirib və onları qəbuledilməz adlandırıb.
21:04
Rusiyanın milli futbol yığması Millətlər Liqasının 2022/23 mövsümündə iştirak etməyəcək.
Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Rusiya komandası B qrupunda İslandiya, İsrail və Albaniya komandaları ilə ikinci güclü divizionda çıxış etməli idi. Lakin komanda avtomatik olaraq dördlükdə sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə üçüncü divizionundan çıxarılacaq.