Azərbaycanın futbol üzrə yığmasının qolkiperinin çıxış etdiyi Birinci Türkiyə liqasının “Karşıyaka” komandası 6-cı mərhələdə “Qaziantep Böyükşehir Belediyespor” komandasına 0:1 hesabı ilə məğlub olub.
Oxu.Az xəbər verir ki, buraxılmış qolda Kamranın təqsiri yoxdur. Top müdafiəçinin ayağına dəyərək maraqlı traektoriya ilə qapıdan keçib. Qolun müəllifi isə Ağayevin Azərbaycan yığmasındakı sabiq tərəfdaşı Ufuq Budak olub.
F.H.
www.oxu.az