Rusiya bu ilin mayın 28-də Sankt-Peterburqun “Qazprom-Arena” stadionunda oynanılacaq Çempionlar Liqası finalının keçirilməsindən məhrum edilə bilər.
Qeyd olunur ki, UEFA buna Rusiyanın qondarma “LXR” və “DXR”in müstəqilliyini tanımasına görə Ukrayna ilə artan gərginliyi səbəb göstərə bilər.
Müvafiq qərar qəbul ediləcəyi halda Sankt-Peterburq Londonla əvəz olunacaq və final oyununun məşhur “Uembli” stadionunda keçirilməsi ehtimalı yüksəkdir.
Mənbə: Mirror