UEFA Çempionlar Liqası 2022/2023 mövsümünün qrup mərhələsinin ən sürətli oyunçularının adları məlum olub.
Maraqlıdır ki, siyahıya Ukrayna millisinin və “Şaxtyor” klubunun 21 yaşlı futbolçusu Mixail Mudrik başçılıq edir. O, oyun ərzində 36,6 km sürət göstəricisinə nail olub.
Siyahıda ikinci sırada “Barselona”dan Usman Dembele qərarlaşıb.
Üçlüyü “Milan” klubunun portuqaliyalı futbolçusu Rafael Leao qapayır. Hücumçu 36,5 km sürət yığmağı bacarıb.