"Krivbas"ın keçmiş məşqçisi Yuri Vernidub "Neftçi"yə keçidi barədə mediada yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az tribuna.com-a istinadən xəbər verir ki, məşqçi məlumatın həqiqətəuyğun olmadığını bildirib.
"Mən heç kimlə, hətta jurnalistlərlə də danışmamışam. Mən sadəcə Zaporojyedə mağazada, küçədə gəzirəm", - Vernidub deyib.
Lakin mütəxəssis danışıqların mövcudluğunu təsdiqləməkdən və ya inkar etməkdən imtina edib.
"Heç nə deməyəcəyəm və demək istəmirəm. Çünki bunun üçün heç bir əsas yoxdur", - deyə məşqçi bildirib.