Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ukraynalı yarımmüdafiəçi “Çelsi”yə qoşuldu - FOTO
Ukrayna millisinin yarımmüdafiəçisi Mixaylo Mudrik Premyer Liqada çıxış edəcək. O, Donetsk “Şaxtyor”unu London “Çelsi”sinə dəyişib.
Bu barədə İngiltərə klubu məlumat yayıb.
Ukraynalı cinah yarımmüdafiəçisi “zadəganlar”la müqavilə imzalayıb. Londonlular “Şaxtyor”un yetirməsi uğrunda mübarizədə “Arsenal”dan daha üstün təklif irəli sürüblər.
Bildirilir ki, Mudrik “Çelsi” ilə 8,5 illik müqavilə imzalayıb. Transferin məbləği rəsmi olaraq hələlik açıqlanmayıb.
Hərçənd, “Şaxtyor”un mətbuat xidmətinin məlumatına görə, klub oyunçunun transferinə görə “Çelsi”dən 70 milyon avro alacaq. Daha 30 milyon avro isə bonus olaraq veriləcək.
Onu da bildirək ki, Mudrikin transferi Ukrayna futbolu tarixində ən bahalı transfer olub. Bundan əvvəlki rekord 2018-ci ildə “Şaxtyor”dan İngiltərənin “Mançester Yunayted”inə 59 milyon avro qarşılığında keçən braziliyalı Fredə məxsus olub.
Mykhailo Mudryk has finalised his move from Shakhtar Donetsk after agreeing personal terms with the Blues. 🤝
— Chelsea FC (@ChelseaFC) January 15, 2023
"Çelsi" teqi üzrə xəbərlər
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI
- Dünyanın ən bahalı klublarının siyahısı açıqlanıb
- London derbisində "Çelsi" və "Arsenal" sülh imzaladılar
- Konfrans Liqası tarixində ən böyükhesablı qələbə: "Çelsi" Emənistanın "Noa" komandasına 8 qol vurdu
- Frenk Lempard "Roma"nı çalışdıra bilər