Ukrayna Karate Federasiyası (UKF) Rusiya və Belarus idmançılarının cəzalandırılmasını tələb edir.
Oxu.Az xəbər verir ki, qurum bu barədə Ümumdünya Karate Federasiyası (WKF) və Avropa Karate Federasiyasına (EKF) martın 1-də ünvanlandığı məktubu yayımlayıb:
“Biz rus və Belarus idmançılarının bütün beynəlxalq federasiyaların etdiyi kimi bütün WKF yarışlarında iştirakdan kənarlaşdırılmasını tələb edirik. Rusiya və Belarus karate federasiyalarının Ümumdünya Karate Federasiyasına üzvlükdən məhrum edilməsini xahiş edirik”.
Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin ukraynalı üzvü Sergey Levçuk və UKF prezidenti İvan Dutçakın imzası ilə göndərilən məktubun mətnində Rusiya və Belarus karate federasiyalarının ən azı müvəqqəti üzvlüyünün ləğv edilməsi tələb olunub.
View this post on InstagramAzərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun da qatıldığı EKF İcraiyyə Komitəsi isə keçirdiyi onlayn iclasla 2023-cü ildə Rusiyada keçirilməli olan Avropa çempionatının bu ölkədən alınmasına qərar verib. EKF bu yarış üçün alternativ meydan sahibi ölkə tapmağa çalışacaq.
Həmçinin, WKF martın 7-də 198 milli federasiya ilə mövcud situasiya ilə bağlı videokonfrans keçirəcək. Martın 9-da isə WKF İcraiyyə Komitəsi növbədənkənar onlayn iclas keçirərək bir sıra qərarlar qəbul edəcək.
Xatırladaq ki, fevralın 27-də WKF İcra Bürosu 7-9 oktyabr tarixlərində Moskvada keçirilməli olan Premyer Liqa yarışının Rusiyanın əlindən alındığını açıqlamışdı.
Səbuhi Musa
"Ukrayna" teqi üzrə xəbərlər
- Mer Kliçko Kiyev sakinlərinə şəhəri tərk etməyi məsləhət gördü
- Cənubi Koreya Ukraynadakı səfirini geri çağırır
- "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu
- Ukraynanın NATO planı dəyişir? - Yeni qanun layihəsi gündəmdə
- Türkiyədən Ukraynaya gözlənilməz hərbi dəstək: "Korkut" sistemləri göndərildi
Digər xəbərlər
