“Ümumdünya Güləş Birliyi, niyə sən susursan?! Bütün dünya Ukraynanın müdafiəsinə qalxdı. Siz görürsünüz ki, Rusiya Ukrayna ərazisində ukraynalılara qarşı nələr edir! Rusiya aqressordur!”
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynada yaşayan Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov deyib.
Olimpiya mükafatçısı paylaşdığı “Instagram” postunda Rusiya Güləş Federasiyasının və rusiyalı idmançıların cəzalandırılmasını tələb edib:
“Niyə rusiyalı idmançılara və Rusiya Güləş Federasiyasına qarşı hər hansısa sanksiya tətbiq etmirsiniz?! Türkiyədə bizim idmançıların iştirak etməli olduğu reytinq turniri vardı. Ancaq idmançılarımızdan heç kim ora getmədi. Çünki Rusiya Federasiyası xəbərdarlıqsız 24 fevral 2022-ci ildə Ukraynaya hücum etdi və bütün Ukrayna ərazisinə raket zərbələri endirdi!
Bizim məşqlərimizə davam etmək, hazırlaşmaq, turnir və çempionatlarda iştirak etmək imkanlarımız yoxdur! Fevralın 24-dən bəri bomba sığınacaqlarında gizlənən ailələrimiz, Vətənimiz, azadlığımız üçün mübarizə aparırıq! Federasiyamızdan təcavüzkar ölkəyə qarşı sanksiyalar tələb edirik! Zəhmət olmasa bizə kömək edin, Ukraynaya bu müharibəni dayandırmağa kömək edin!”
View this post on InstagramSəbuhi Musa
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Putin Çinə niyə nüvə çamadanı ilə gedib? - ABŞ və Rusiyadan fərqli reaksiya
- Məşhur model ailə qurduqdan sonra dinini dəyişdi - Foto
- Estoniya parlamenti Rusiya ilə sərhəd keçidlərinin bağlanmasını dəstəklədi
- Navai Qazaxıstan qalmaqalından sonra məclislərdə iştirak qiymətini kəskin artırdı
- "Nə? Harada? Nə zaman?"ın ulduzu Rövşən Əsgərovla bağlı cinayət işi Rusiya məhkəməsində araşdırılacaq
Digər xəbərlər