Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Qazaxıstanla üz-üzə gəliblər
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında Qazaxıstanla üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, hər iki görüş VII turda baş tutub.
Kişilərdən ibarət seçmə rəqibinə 3:1 hesabı ilə qalib gələrək yarışda 5-ci qələbəsini əldə edib.
Aydın Süleymanlı - Denis Maxnev 1:0
Nicat Abasov - Kazıbek Noqerbek 0,5:0,5
Rauf Məmmədov - Alişer Süleymanov 0,5:0,5
Məhəmməd Muradlı - Ramazan Jalmaxanov 1:0
Qadınlardan ibarət milli isə rəqibinə eyni hesabla uduzaraq olimpiadada ilk məğlubiyyətini alıb.
Günay Məmmədzadə - Bibisara Assaubayeva 0,5:0,5
Ülviyə Fətəliyeva - Meruert Kamalidenova 0:1
Gövhər Beydullayeva - Kseniya Balabayeva 0,5:0,5
Gülnar Məmmədova - Alua Nurman 0:1
Qeyd edək ki, kişi şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2.
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında Qazaxıstanla üz-üzə gələcəklər.
Oxu.Az xəbər verir ki, hər iki görüş VII turda baş tutacaq.
6 turdan sonra 10 xal toplayan qadınlardan ibarət komanda 10-cu yerdədir. Hindistan 12 xalla liderdir. Gürcüstan və Polşanın hərəyə 11 xalı var. Milli daha öncə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2.
Kişilərdən ibarət seçmə isə 8 xalla 22-cidir. Komanda Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub. Burada da Hindistan 12 xalla liderdir. Çin və Vyetnamın hərəyə 11 xalı var.
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.
Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.
"Ümumdünya Şahmat Olimpiadası" teqi üzrə xəbərlər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Yunanıstan və İsveçrə ilə üz-üzə
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İtaliya seçmələri ilə qarşılaşacaq
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları növbəti görüşlərini keçiriblər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi uduzub, qadınlar heç-heçə edib
Rəylər