Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Yunanıstan və İsveçrə ilə üz-üzə
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
Oxu.Az xəbər verir ki, kişilərdən ibarət kollektiv IX turda Yunanıstanla üz-üzə gələcək.
Komanda hazırda 11 xalla 20-ci pillədə qərarlaşıb. Hindistan 16 xalla liderdir. Özbəkistan və Macarıstanın hərəyə 14 xalı var.
Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya ilə (2:2) isə heç-heçəyə razılaşıb.
Qadınlardan ibarət kollektiv IX turda İsveçrənin müqavimətini qırmağa çalışacaq. 11 xal toplayan milli 20-ci sıradadır. Hindistan, Polşa və Qazaxıstan 14 xala malikdirlər.
Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.
"Ümumdünya Şahmat Olimpiadası" teqi üzrə xəbərlər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İtaliya seçmələri ilə qarşılaşacaq
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Qazaxıstanla üz-üzə gəliblər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları növbəti görüşlərini keçiriblər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi uduzub, qadınlar heç-heçə edib
Rəylər