Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Uqo Lloris Fransa millisindəki karyerasını başa vurdu - FOTO
2018-ci ilin dünya çempionu və futbol üzrə Fransa milli komandasının oyun sayına görə rekordçusu, qapıçı Uqo Lloris milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
O, bu barədə bazar ertəsi Fransanın “L'Equipe” qəzetinə danışıb.
“Elə bir vaxt gəlir ki, sən sükanı təhvil verməlisən. Fikrimcə, komanda inkişaf etməyə hazırdır. Bir nömrəli olmağa hazır olan qapıçı da var”, - Lloris deyib.
Llorisin 36 yaşı var. O, 2012-ci ildən İngiltərənin “Tottenhem Hotspur” klubunda çıxış edir. Qapıçı əvvəllər Fransanın “Lion” və “Nitsa” klublarının da formasını geyib. “Lion”la 2012-ci ildə Fransa kubokunu və Superkubokunu qazanıb.
Lloris Fransa millisinin heyətində 145 oyun keçirib. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında milli komandada keçirdiyi oyunların sayına görə keçmiş rekordçu Lilian Türamı (142) ötüb.
Lloris 2018-ci il dünya çempionu, 2022-ci ilin gümüş mükafatçısı, 2016-cı il Avropa çempionatının finalçısı və 2020/21 Millətlər Liqasının qalibidir.
"Fransa" teqi üzrə xəbərlər
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?
- Trampdan Makronun narahatedici jestinə reaksiya
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ