Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Üzgüçülük Federasiyasının Hesabat-Seçki Konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, elektron səsvermə üsulu ilə keçirilən seçkidə Milli Məclisin sabiq millət vəkili Xanlar Fətiyev yenidən federasiya prezidenti seçilib.
Elçin Həsənov və Mark Koqanov federasiyanın vitse-prezidenti, Kamran Nəzərov, Şamil Əbdürəhmanov, Azər Babayev və Ziya Bağırzadə isə İcraiyyə Komitəsinə üzv seçilib.
İclasda iştirak edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə X.Fətiyevə federasiyanın adının dəyişdirilməsini təklif edib. Təklifə əsasən federasiyanın adı Üzgüçülük yox, Su İdman Növləri Federasiyası olsa, vaterpol (su polosu) növünü də əhatə etmiş olacaq.
X.Fətiyev bildirib ki, təklif federasiyanın növbəti iclasında müzakirəyə çıxarıla bilər.
Qeyd edək ki, Xanlar Fətiyev Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədridir.