ABŞ-da hokkey oyununda müdafiəçilərdən biri üzündən aldığı şayba zərbəsindən sonra 9 dişini itirib.
Oxu.Az xəbər verir ki, bu barədə “News Yahoo” xəbər verib.
Bildirilib ki, müntəzəm Milli Hokkey Liqasının matçında “Florida Panters” klubunun müdafiəçisi Keyt Yandl “Karolina Harikeynz”lə oyun zamanı ciddi xəsarət alıb.
Hadisə baş verdikdən dərhal sonra müdafiəçi soyunma otağına yollanıb.
Ağır zədəyə baxmayaraq, o, oyuna qayıtmaq üçün özündə güc tapa bilib.
Belə ki, səhəri gün əməliyyat olunan Keyt Yandl “Panterlər”in “Baffalo”ya qarşı növbəti matçında iştirak edib.