“Çelsi”nin hücumçusu Timo Verner baş məşqçi postuna Tomas Tuxelin gəlməsindən sonra komandanın oyunundakı dəyişiklikləri qiymətləndirib.
“Düşünürəm ki, hər kəs Tuxelin bir çox futbolçuları və komandanın oyun strukturunu dəyişdiyini görür. Biz yeni sistemlə üç müdafiəçi ilə oynayırıq. Biz daha az qol buraxmağa başlamışıq. Bu çox vacibdir.
Almaniyada deyirlər ki, “yaxşı hücum oyunu qazandırır, yaxşı müdafiə isə titul qazandırır. Biz hər zaman 1:0, 2:0 hesabları ilə qazanırıq, müdafiədə əla iş görürük. Elə hücumda da bizim strukturumuz pis deyil”, - deyə futbolçu bildirib.